EN

Şübhəli dronlar Vaşinqtonda təşviş yaratdı: Kimlər hədəfə alınıb?

ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin yaşadığı Vaşinqtondakı Fort Makneyr hərbi bazası üzərində bir neçə gündür ki, naməlum dronlar müşahidə olunur.

Publika.az xəbər verir ki, bu barədə "Washington Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, son on gün ərzində ərazidə dəfələrlə dronlar müşahidə olunub. Bəzi gecələrdə eyni anda bir neçə təyyarə müşahidə edilib.

Hadisələr bazada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub. Vəziyyət Ağ Ev səviyyəsində də müzakirə edilib. Müzakirələrdə yüksək vəzifəli şəxslərin başqa yerə köçürülməsi variantı nəzərdən keçirilib.

Chosen
34
publika.az

1Sources