İran Səhiyyə Nazirliyinin məlumatına görə, ABŞ və İsrailin həyata keçirdiyi aviazərbələr nəticəsində ümumilikdə 20 617 nəfər xəsarət alıb.
KONKRET.az xəbər verir ki, hazırda xəstəxanalarda 1 111 nəfər müalicə alır, 19 506 nəfər isə sağalaraq evə buraxılıb.
Hücumlar zamanı 227 qadın və 206 uşaq həyatını itirib. Ölən uşaqlardan 13-ü 5 yaşdan aşağı olub.
Yaralanan uşaqlar arasında 2 yaşdan kiçik 51 nəfər var. Ümumilikdə, 18 yaşdan aşağı 1 401 nəfər zərər çəkib.
Bundan əlavə, zərbələr nəticəsində azı 18 tibb işçisi həlak olub, 101 tibb müəssisəsi əməkdaşı yaralanıb.
Həmçinin 36 təcili tibbi yardım avtomobili yararsız hala düşüb, 37 tibb müəssisəsi, 180 ilkin tibbi yardım məntəqəsi və 47 təcili yardım bölməsi zədələnib. Altı xəstəxana isə təxliyə edilib.
Müşviq Tofiqoğlu
KONKRET.az