EN

İnter in forvardı Fil Dişi Sahili millisini seçdi

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"İnter"in hücumçusu Anj-Yoan Bonni idman vətəndaşlığını dəyişəcək və beynəlxalq səviyyədə Fil Dişi Sahili millisini təmsil edəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.

22 yaşlı hücumçu Fransada anadan olsa da, Fil Dişi Sahili əsillidir. O, əvvəllər Fransanın gənclər və 21 yaşadək milli komandalarında oynayıb.

Bonni ötən mövsüm "Parma"da parlaq çıxışdan sonra ötən yay 23 milyon avroya "İnter"ə transfer olunub. 

Hücumçu "nerazzurri"nin heyətində bütün turnirlərdə 37 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Fil Dişi Sahili millisi bu ABŞ, Meksika və Kanadada keçiriləcək mundiala vəsiqə qazanıb. Komanda Almaniya, Ekvador və Kurasao ilə birlikdə E qrupunda yer alıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
sport24.az

1Sources