EN

Millimizin seçmə mərhələ üçün heyəti açıqlandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gündən martın 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Msport.az xəbər verir ki, millimiz martın 22-dən 30-dək Litvanın Kaunas şəhərində Avropa çempionatının seçmə mərhələsinin ilk raundunda iştirak edəcək.

B Liqasının 6-cı qrupunda yer alan U-19 Litva və Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

U-19-un heyəti və oyunlarının təqvimi belədir: Əhməd Vəliyev, Əli Qazibəyov, Abdulaziz Cabbarlı, Əli Əliyev, Əli İbrahim (hamısı “Qarabağ”), Məhdi Həsənov, Vusal Kərimov, Nicat Məhərrəmov (hamısı “Neftçi”), Rauf Əyyubov, Həzrət Səmədov, Tuncay Əhmədov (hamısı “Sabah”), Məhəmmədəli Məmmədov, Tunar Muradov (hər ikisi “Turan Tovuz”), İlkin Həzizadə, Nurlan Zeynallı (hər ikisi “Sumqayıt”), Murad Qurbanov (“Zirə”), Nadir Nəsibli (MOİK), İbrahim Babayev (“Barselona”), İslam Həsənov (“Qrafiçar”, Serbiya), Nicat Nərimanov (“Brommapojkarna”, İsveç).

 

25 mart

20:00. Azərbaycan (U-19) – Litva (U-19)
Kaunas, “Raudondvario” stadionu

 

28 mart
17:00. Şimali İrlandiya (U-19) – Azərbaycan (U-19)
Kaunas, “Raudondvario” stadionu

Chosen
101
1
msport.az

10Sources