EN

"Mükafatlar ləğv olunur, əvəzində əmək haqqı artırılır" - AÇIQLAMA

“Dövlət orqanlarında, təsisatlarında, publik hüquqi şəxslərdə və dövlətə tabe olan kommersiya qurumlarında, təsərrüfat subyektlərində optimallaşma ilə bağlı Prezidentin 26 avqust 2025-ci il, 489 nömrəli Fərmanı var. Həmin Fərmana görə, həm dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, paralel qurumların ləğv olunması optimallaşma işləri həyata keçirilir. Görülür bu da onunla bağlıdır ki, əmək haqqının ödənilməsi sistemində pərakəndəliyi aradan qaldırmaq istəyirlər. Məsələ ondadır ki, əmək haqqının tərkibi nədən ibarətdir? Vəzifə maaşından, maaşa əlavələrdən və mükafatlardan…Görünür bunlar vahid formaya salınır. Bundan əvvəl Milli Məclisdə belə edilmişdi. Onlarla bağlı ayrıca qərar olacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov dövlət büdcəsi hesabına ödənilən mükafatların ləğv olunması ilə bağlı dəyişikliyə münasibət bildirərkən deyib. 

Barassociation.az

Onun sözlərinə görə, mükafatlar ləğv olunur, əvəzində əmək haqqı artırılır: “Əlbəttə, təşviq ödənişlərinin olmasının tərəfdarıyam. Bu əlavə stimuldur və ya inzibati tənbeh tədbiri tətbiq olunanda bu mükafatdan məhrum olunma çəkindirici bir vasitədir. İndi fərq olmayacaq: işlədin, işləmədin yanlız əmək haqqıdır. Bu artıq iş yerlərində stimullaşmanın qarşısını alır. Əksinə işçinin daha yaxşı işləməsinə həvəs yaratmır. Hər halda belə islahat gedir. Görünür burada sui-istifadə halları var. Hesablama Palatasının nəticələri, hesabatları var... Maliyyə Nazirliyinin yoxlamalarının, ümumiləşmələrin nəticələri mövcuddur. Bunun əsasında təkmilləşdirmə aparmaq zərurəti yaranır. Əməyin ödənişində mükafatlandırma sistemi bütün dünyada var. Bunu Azərbaycanda düzgün tətbiq etmirlərsə, bu, başqa məsələdir. İşçiyə mükafatı da üstünə gəlib stabil şəkildə yüksək əmək haqqı versələr, burada artıq həvəsləndirici, stimullaşdırıcı aspekt olmayacaq. Bu da işçinin işinə yanaşmasına müsbət təsir etməyəcək”.

 

Xatırlatma: Dövlət qulluqçularının əməkhaqqına bir sıra əlavələrin ləğv edilməsi gözlənilir. Bu, "Dövlət qulluğu haqqında" qanuna və digər qanunvericilik aktlarına təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna təklif edilən dəyişikliklərdə dövlət qulluğunda mükafat sisteminin ləğv olunması da nəzərdə tutulur. Layihəyə əsasən, dövlət qulluğunda çalışanlara dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur.

 

Şəhanə Quliyeva

Tarix: 19 Mart 2026, 10:09   
Chosen
85
pravda.az

1Sources