EN

Qətər İranın hərbi attaşesini “persona non qrata” elan etdi


Qətər Xarici İşlər Nazirliyi (XİN) Dohadakı İran səfirliyinə rəsmi məktub göndərərək, hərbi və təhlükəsizlik attaşelərini və onların tabeliyində olanları arzuolunmaz şəxs elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə səhifəsində məlumat dərc olunub.
Məlumat görə, Qətər onlardan 24 saat ərzində ölkəni tərk etmələrini tələb edib.
Nazirliyin məlumatına görə, bu qərar İranın beynəlxalq hüququ və mehriban qonşuluq prinsiplərini pozması fonunda verilib.
“Bu qərar İranın Qətərə qarşı təkrar hücumlarına və kobud təcavüzünə cavab olaraq qəbul edilib. Bu təcavüz onun suverenliyini və təhlükəsizliyini pozaraq, beynəlxalq hüquq prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və mehriban qonşuluq prinsiplərini kobud şəkildə pozaraq həyata keçirilib”,- Qətər XİN-dən bildirilib.
Digər tərəfdən, Qətərin “Qatar Energy” dövlət neft və qaz şirkəti LNG zavodunun yerləşdiyi Ras Laffan müəssisəsinə raket zərbələri nəticəsində ciddi ziyan dəydiyini bildirib.
Chosen
40
yeniavaz.com

1Sources