ain.az bildirir, Kulis.az portalına istinadən.
Kulis.az "Replika" rubrikasından Şəriyar del Geraninin mağazalrda satılan tonqallarla bağlı replikasını təqdim edir.
Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım.
O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, xoruz döyüşdürməyə, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə.
Şəkərburanı satdınız, dinmədim. Paxlavanı satdınız, dinmədim. Səmənini - Allahın səmənisini satdınız, yenə də dinmədim.
Bunu da satmayın. Tonqalı da satarlarmı? Adam da odu satarmı heç? Bu gün-sabah, haşa! - bütövlükdə Novruz bayramını satsanız, təəccüblənmərəm.

Fransa ədəbiyyatının ən oyunbaz yazıçısı - O, niyə içində "e" hərfi olmayan roman yazmışdl?
Azərbaycan və Qırğızıstan kinematoqrafçılarının ortaq filmi Avropa festivalında
“Qisməti günümüzün ziyalısı kimi qiymətləndirməkdən qorxmayın” — Nadir Yalçın yazır
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.