EN

Osimhenlə Lanq sıradan çıxdı

“Qalatasaray” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda dünən səfərdə “Liverpul”la üz-üzə gəlib. Qarşılaşma Türkiyə təmsilçisinin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

İstanbul klubunun yaydığı məlumatda komandanın aparıcı hücumçusu Viktor Osimhen matç zamanı zədələnib. Onun qolunda sınıq aşkarlanıb və fasilədə əvəzlənib.

Nigeriyalı forvard cari mövsümdə 29 oyunda iştirak edib, 19 qol vurub və 7 məhsuldar ötürmə verib.

Qeyd edək ki, qışda komandaya cəlb olunan Noa Lanq da zədə səbəbdən meydanı tərk edib.

Chosen
34
football-plus.az

1Sources