Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycanda dövlət qulluqçularının əməkhaqqı sistemində inqilabi yeniliklərə qərar verilib. "Dövlət qulluğu haqqında" qanuna və digər hüquqi aktlara edilən dəyişikliklər bu sahədəki köhnə mexanizmləri tamamilə sıradan çıxarır.Dövlət qulluqçularına staja və hakimiyyət səlahiyyətinə görə verilən əlavələr, habelə müalicə müavinəti ləğv edilib. Lakin bu, maaşların azalması deyil, əksinə, strukturun sadələşməsi deməkdir. Belə ki, ləğv olunan bütün bu ödənişlər birbaşa vəzifə maaşlarının baza hissəsinə daxil edilib.Əvvəlki sistemdə dövlət qulluqçusunun vəzifə maaşı ümumi gəlirin cəmi 35-45 faizini təşkil edirdi. Qalan hissə isə mürəkkəb əlavələrdən və mükafatlardan ibarət idi. Yeni modeldə isə vəzifə maaşının payı 95 faizə çatdırılıb. Bu da o deməkdir ki, dövlət qulluqçusu artıq bayram mükafatını və ya il sonunu gözləmədən hər ay yüksək baza maaşı alacaq.Bu islahat xüsusilə gənc kadrlar üçün böyük stimul sayıla bilər. Əvvəllər stajı olmayan gənclər aşağı maaş aldığı üçün özəl sektora qaçırdılar. İndi isə yüksək baza maaşı dövlət qulluğunu gənclər üçün daha cəlbedici edir.Yeni qaydalara əsasən, büdcədən ayrılan "3 misli" həcmində mükafat fondu və məzuniyyət zamanı verilən bir aylıq müalicə pulu da tarixə qovuşur. Bu sadələşdirmə Sinqapur və Estoniya kimi ölkələrin təcrübəsinə əsaslanır. Beynəlxalq araşdırmalar göstərir ki, maaş sisteminin şəffaflaşması korrupsiya risklərini minimuma endirir.Sistemdə həmçinin vəzifə təsnifatları optimallaşdırılıb. İnzibati vəzifələr üzrə 35, yardımçı vəzifələr üzrə isə 17 ödəniş səviyyəsi müəyyən edilib. Bu dəyişikliklərlə dövlət qulluğu sadəcə iş yeri deyil, şəffaf və rəqabətli karyera platformasına çevrilir. (APA)Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.