EN

“Atəşgah” Sığorta Milli Hematologiya və Transfuziologiya Mərkəzində tədbir təşkil etdi Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Atəşgah” Sığorta Şirkəti Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində müalicə alan uşaqlar üçün Novruz şənliyi təşkil edib.

Tədbir şirkətin 30 illik yubileyi çərçivəsində həyata keçirilən “30 il - Sonsuz ümid” layihəsinin tərkib hissəsi olaraq baş tutub.

Tədbir zamanı Mərkəzin balaca pasiyentləri üçün müxtəlif əyləncəli proqramlar təqdim edilib, uşaqlara hədiyyələr paylanılıb və bayram əhval-ruhiyyəsi yaradılıb.

Bundan əlavə, səhhətinə görə tədbirdə iştirak edə bilməyən uşaqlar da diqqətdən kənarda qalmayıb.

Belə ki, şirkətin əməkdaşları  daha mürəkkəb müalicə prosesi keçən uşaqları  uzaqdan ziyarət edərək, onlarla ünsiyyət qurmuş və hədiyyələr təqdim etmişlər.

Bu, təşəbbüs yalnız uşaqlara bayram ovqatı bəxş etməklə kifayətlənməmiş, habelə onların mənəvi vəziyyətinə müsbət təsir göstərmiş, ruh yüksəkliyinin artmasına və ümid hisslərinin güclənməsinə mühüm töhfə verib.

Qeyd edək ki, martın 11-də “Atəşgah” Sığorta Şirkəti tərəfindən təşkil olunan qanvermə aksiyası çərçivəsində toplanan qan ehtiyatları da Mərkəzdə müalicə alan uşaqların sağlamlığına dəstək olmaq məqsədilə təqdim edilmişdir. Tədbir Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş və sonda “Atəşgah” Sığorta  Şirkəti ASC-yə bu xeyirxah təşəbbüsə görə təşəkkür məktubu təqdim olunmuşdur.

Həyata keçirilən layihə şirkətin 30 illik fəaliyyətinin yalnız işgüzar uğurlarla deyil, həm də cəmiyyətə verdiyi sosial töhfələrlə yadda qaldığını bir daha nümayiş etdirir.

Şirkət, gələcəkdə də Talassemiya Mərkəzi ilə mövcud əməkdaşlıq münasibətlərini inkişaf etdirərək, birgə fəaliyyətin davamlılığını təmin etməyi hədəfləyir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
qafqazinfo.az

1Sources