EN

Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlanıb

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Ermənistanın işğalı nəticəsində tamamilə dağıdılmış Qarabağ 6 il əvvəl - Şanlı Zəfərdən sonra quruculuq və bərpa mərhələsinə qədəm qoydu. Keçən 6 il müddətdə işğaldan azad olunan ərazilərimiz Azərbaycan Prezidentinin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub".

"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, ötən 6 ildə 75 mindən çox vətəndaşımız Qarabağda yaşayaraq işləməyə və təhsil almağa başlayıb:

"Həmin müddətdə sadəcə dövlət büdcəsindən işğaldan azad olunan ərazilərimizin bərpasına 22 milyard manatdan çox vəsait ayrılıb və bu il bu istiqamətə ən azı 3.5 milyard manat yönəldiləcək. Son 6 ildə Qarabağ və Şərqi Zəngəzurda 30 minə yaxın keçmiş məcburi köçkün daimi olaraq məskunlaşıb. Bu 7200-dən çox ailənin ev ilə təmin edilməsi deməkdir.

2026-cı ilin yanvarın 1-dən sonrakı, 2 aya yaxın müddətdə isə 3 mindən çox keçmiş məcburi köçkün işğaldan azad olunan ərazilərimizdə məskunlaşıb. Bu yalnız bu ilin ilk 2 ayında keçmiş məcburi köçkünlərimizin dövlət tərəfindən 700-dən çox evlə təmin edilməsi deməkdir. Yaxın illərdə 15 milyard manata yaxın yeni dəyər formalaşdırmaq potensialı olan Qarabağ Azərbaycan iqtisadiyyatının yeni inkişaf drayverinə çevrilməkdədir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
48
1
unikal.az

2Sources