EN

Səid Cəlili Laricaninin yerinə TƏSDİQLƏNDİ

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Səid Cəlili Əli Laricaninin yerinə İran Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib.Modern.az İran KİV-nə istiandən xəbər verir ki, bu barədə ölkənin yeni Ali Llideri Müctəba Xamenei müvafiq fərman imzalayıb.Səid Cəlili əvvəllər müxtəlif yüksək vəzifələrdə çalışıb, İran siyasi dairələrində geniş təcrübəyə malik şəxs hesab olunurO, radikal mühafizəkar və Qərblə münasibətlərdə sərt xətt tərəfdarı kimi də tanınır.

Səid Cəlili radikal mühafizəkar siyasi partiya olan "Cəbhət-i Payidari"yə rəhbərlik edir.

O, daha əvvəl Ali Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində çalışıb.

Səid Cəlilinin son prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkyanın rəqibi olub.

Seçkilərdə Məsud Pezeşkian 16 milyon 384 min 403 səs; Səid Cəlili 13 milyon 538 min 179 səs yığmışdı.

O, həmçinin İranın nüvə danışıqları qrupuna sədrlik edib. Cəlili Qərbə qarşı sərt münasibəti olan fiqur kimi tanınır.Səid Cəlili 6 sentyabr 1965-ci ildə İranın Rəzəvi Xorasan vilayətinin mərkəzi Məşhəd şəhərində anadan olub.Bəzi məlumatlara görə, 61 yaşlı Səid Cəlilinin ana tərəfdən azərbaycanlı qarışığı var. İddialara görə, Səid Cəlilinin anası əslən Ərdəbil bölgəsindəndir. Lakin Cəlilinin özünün azərbaycanlı qarışığı olduğuna dair hər hansı açıqlamasına rast gəlinməyib.Səid Cəlili İran-İraq müharibəsində iştirak edib, Kərbəla-5 əməliyyatında yaralanıb və ayağı amputasiya edilib.A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
6
modern.az

7Sources