EN

"Araz-Naxçıvan"ın 2 futbolçusu milliyə dəvət aldı

“Araz-Naxçıvan”ın iki üzvü - Kristian Avram və Felipe Santos milli komandalara dəvət alıb. 

Fanat.Az xəbər verir ki, məlumatı Premyer Liqa təmsilçisinin mətbuat xidməti yayıb. 

Qolkiper Moldova millisinin martın 26-da "Zimbru" stadionunda Litva, ayın 30-da isə Nikosiyada Kiprlə keçirəcəyi görüşlərdə baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa biləcək. 

Felipe Santos isə martın 23-dən 31-dək Benin millisinin düşərgəsində olacaq. O, martın 27-də Fələstin, ayın 31-də isə Qvineya yığması ilə keçiriləcək qarşılaşmalar üçün dəvət alıb.
 

Chosen
66
15
fanat.az

10Sources