Buzovna qəsəbəsində gizlədilən silah aşkar edilərək götürülüb...
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirilib.
Əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Məmməd Namazov küçəsində əsas yoldan kənarda daşların arasında gizlədilmiş 1 ədəd "AKS-74U" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 5 ədəd 5.45 kalibrli güllə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info