EN

Növbəti köç karvanı Xocalının Xanabad kəndinə çatıb

Növbəti köç karvanı Xocalının Xanabad kəndinə çatıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Xanabad kəndinə 19 ailənin (89 nəfər) qayıdışı təmin edilib.

Ailələri Azərbaycan Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Qeyd edək ki, bununla da Xanabad kəndinə daimi qayıdışı təmin olunan ailələrin ümumi sayı 78-ə (346 nəfər) çatdırılıb.

***08:00

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Far.Az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 46 ailə -177 nəfər, Xanabad kəndinə isə 19 ailə - 89 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Chosen
47
9
far.az

10Sources