EN

Hörmüzdə gərginlik: İran ordusu neft tankerinə hücum etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri Hörmüz boğazında Barbados bayrağı altında üzən neft tankerinə qarşı əməliyyat keçirib.

Publika.az xəbər verir ki, bu barədə SEPAH-a yaxınlığı ilə tanınan “Fars” agentliyi məlumat yayıb.

Bildirilir ki, İran hərbçiləri neft daşıyan gəmini hərəkət istiqamətini dəyişməyə və Hörmüz boğazını tərk etməyə məcbur ediblər. Tanker strateji əhəmiyyətli boğazdan keçməyə cəhd edərkən, SEPAH bölmələri həyəcan siqnalı ilə hərəkətə keçərək gəmiyə “müqavimət” göstəriblər.

Nəticədə tankerin kapitanı istiqaməti dəyişərək geri çəkilmək məcburiyyətində qalıb və bölgəni tərk edib.

İddiaya görə, gəminin göyərtəsində təxminən 160 min ton neft olub. Yükün hara getdiyi barədə hələlik rəsmi məlumat verilmir.

Chosen
95
11
publika.az

10Sources