EN

Bəzi obyektlər dövlət tərəfindən qorunan binalara müdaxilə edir MEMAR

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Memarlıq abidələrinin qorunması ilə bağlı növbəti müzakirə doğuran məsələ gündəmə gəlib.

Avtosfer.az xəbər verir ki, memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşdığı fikirlərlə bəzi tarixi binaların üzərində aparılan dəyişikliklərə etiraz edib. O bildirib ki, memarlıq abidələri rəsmi olaraq dövlət tərəfindən qorunsa da, bəzi hallarda bu qoruma prinsipləri praktikada pozulur.

Memarın sözlərinə görə, xüsusilə Stalin dövrünə aid binaların fasadlarında icazəsiz və estetik baxımdan uyğun olmayan dəyişikliklər edilir:

“Memarlıq abidəsi dövlət tərəfindən qorunur. Ancaq onu yenidən qurmağı çox istəsəniz, məsələn, belə bir binanın fasadına müxtəlif təsvirlər, o cümlədən insan şəkilləri yerləşdirmək, buna da göz yumulur”.

Elçin Əliyev qeyd edib ki, bu kimi müdaxilələr tarixi-memarlıq irsinin orijinallığını pozur və şəhərin ümumi memarlıq görünüşünə mənfi təsir göstərir. O, aidiyyəti qurumların, xüsusilə Mədəniyyət Nazirliyinin bu məsələlərə daha həssas yanaşmalı olduğunu vurğulayıb.

Memar əlavə edib ki, tarixi binaların qorunması yalnız kağız üzərində deyil, real nəzarət mexanizmləri ilə təmin olunmalıdır. Onun fikrincə, əks halda bu cür halların davam etməsi şəhərin memarlıq irsinə ciddi zərər verə bilər.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
106
avtosfer.az

1Sources