EN

Azərbaycanda külək enerjisi istehsalı 41 dəfədən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda külək elektrikstansiyalarında (KES) 141,6 milyon kVt-saat elektrik enerjisiistehsal edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 138,2 milyon kVt-saat və ya 41,6 dəfə çoxdur.

Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrikstansiyalarında 42,7 milyon kVt-saat elektrik enerjisi istehsaledilib ki, bu da 2025-ci ilin ilk iki ayındakı göstərici iləmüqayisədə 0,6 milyon kVt-saat və yaxud 1,4% azalma deməkdir.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxaristehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilinyanvar-fevral aylarında 671,6 milyon manat dəyərində məhsulistehsal olunub və xidmətlər göstərilib. Su təchizatı,tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmişməhsulların həcmi 93,4 milyon manat təşkil edib.

Chosen
81
1
az.trend.az

10Sources