EN

Finalissima baş tutmayacaq

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Nəhayət, Finalissima ilə bağlı suala rəsmən aydınlıq gəlib. İki qitə çempionu arasında martın 27-nə təyin olunan oyun baş tutmayacaq."Football-plus.az" xəbər verir ki, UEFA Finalissima-2026 oyununun keçirilməyəcəyini bəyan edib. Bu barədə qurumun yaydığı bəyanatda bildirilib. Qərara tərəflərin matçın tarixi və məkanıyla bağlı razılığa gələ bilməməsi səbəb olub. Xatırladaq ki, Argentina və İspaniya yığmaları arasında nəzərdə tutulan oyun Qətərdə keçirilməli idi. Lakin Yaxın Şərqdə hərbi gərginliyin artması səbəbindən Asiya ölkəsi təşkilatçılıq hüququnu itirib.UEFA-nın məlumatına görə, Argentina yığması matçın Madriddəki “Bernabeu” stadionunda  keçirilməsi ilə bağlı təklifi qəbul etməyib. Həmçinin Madrid və Buenos Ayresdə iki oyundan ibarət duellər variantı da razılaşdırılmayıb. Martın 27-si və ya 30-da Avropada başqa stadionda oyun keçirmək ideyası da nəticə verməyib. Argentina tərəfi Finalissimanın DÇ-2026-nın final mərhələsindən sonra keçirilməsini təklif etsə də, bu plan da təsdiqlənməyib.Qeyd edək ki, Avropa çempionu ilə Amerika Kubokunun qalibini qarşılaşdıran Finalissima ilk dəfə 2022-ci ildə təşkil olunub. Həmin oyunda Argentina yığması İtaliyaya 3:0 hesabı ilə qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
103
1
icma.az

2Sources