sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Əliyev mövsümün sonunda "Turan Tovuz"dan ayrılmağa yaxındır. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 33 yaşlı müdafiəçi baş məşqçi Kurban Berdıyevin gələcək planlarına daxil deyil.O, cari mövsümdə Berdıyevin etimadını qazana bilməyib. Əliyev Premyer Liqada cəmi 3 matçda (111 dəqiqə) meydana çıxa bilib. Avrokuboklara vəsiqə qazanacağı təqdirdə daha güclü heyət formalaşdırmaq istəyən baş məşqçi oynamayan futbolçuların komandada qalmasının istəmir. Qeyd edək ki, 2022-ci ildən Tovuz təmsilçisinin formasını geyinən Şəhriyar Əliyevin müqaviləsi mövsümün sonunda başa çatır. O, hazırda komandanın kapitanıdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.