EN

Viktor Orban: Macarıstan Brüsselin Ukraynanın lehinə olan heç bir qərarını dəstəkləməyəcək

Bakı, 19 mart, AZƏRTAC

Rusiya nefti “Drujba” boru kəməri ilə ölkəyə daxil olanadək Macarıstan Avropa İttifaqının (Aİ) Ukraynanın lehinə olan heç bir qərarını dəstəkləməyəcək.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bunu Avropa İttifaqının Brüsseldə keçiriləcək sammitinə gələrkən deyib. “Mən Aİ sammitində Ukraynanın xeyrinə olacaq heç bir qərarı dəstəkləməyəcəyəm. Biz yalnız Ukrayna tərəfindən bloklanan neftimizi aldıqdan sonra Kiyevi dəstəkləməyə hazırıq. Onlar boru kəmərini təmir etməlidir. Biz neftimizi gözləyirik”, - deyə Macarıstan hökumətinin başçısı bildirib.

 

Chosen
98
2
azertag.az

3Sources