EN

Gəncə-Daşkəsən regionunun "Örnək müəllim"ləri - SİYAHI

AzEdu.az Təhsil Portalı artıq bir neçə ildir ki, nümunəvi fəaliyyəti ilə seçilən müəllimləri daha geniş ictimaiyyətə tanıtmaq məqsədilə "Örnək müəllim" layihəsini həyata keçirir.

Layihənin əsas məqsədi pedaqoji fəaliyyəti ilə fərqlənən müəllimləri ön plana çıxarmaq, onların təcrübəsini paylaşmaq və təhsil ictimaiyyətinə təqdim etməkdir.

Belə ki, fəaliyyəti və peşəkarlığı ilə seçilən paytaxt üzrə 30, hər regional təhsil idarəsi üzrə 10Naxçıvan üzrə isə 20 təhsilverən 2025-ci ilin “Örnək müəllim”i adına layiq görülüb.

Fəaliyyət coğrafiyası Gəncə-Daşkəsən regionunu əhatə edən həmin 10 müəllimin siyahısı:

1. Kamilə Baxşəliyeva - Goranboy şəhər, 4 nömrəli tam orta ümumtəhsil məktəbin Coğrafiya müəllimi;

2. Ləman Novruzova - Göygöl rayon, Texniki və Təbiət Fənləri Təmayüllü Liseydə Coğrafiya və STEAM müəllimi;

3. Göyçək Namazova - Samux rayon, Qarayeri qəsəbə 1 nömrəli məktəb -liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi;

4. Humay Quliyeva – Gəncə şəhər, M.Füzuli adına 22 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi;

5. Fidan Məsimova - Daşkəsən rayonu, Gündüz İsmayılov adına Aşağı Daşkəsən qəsəbə tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;

6. İlhamə Rüstəmova - Gəncə şəhər, 41 nömrəli tam orta məktəbdə və Gəncə şəhər Humanitar və Təbiət Fənləri Təmayüllü Liseydə biologiya müəllimi;

7. Ayşən Rüstəmova- - Gəncə şəhər, 12 nömrəli tam orta məktəbdə metodist, eyni zamanda Ş. İ. Xətai adına 13 nömrəli tam orta məktəbdə coğrafiya və STEAM müəllimi;

8. Məhbubə Həsənova - Gəncə şəhər, İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyə ibtidai sinif müəllimi;

9. Arzu Həsənova - Göygöl şəhər, İ. Novruzov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində Riyaziyyat-İnformatika müəllimi;

10. Xəyalə Əmrahova - Goranboy rayonu R.Qasımov adına Qırıqlı kənd tam orta ümumtəhsil məktəbinin Tarix müəllimi.

Chosen
35
azedu.az

1Sources