EN

Dövlət sirrini yayan əcnəbiyə hökm oxundu

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycanda dövlət sirrini yaymaqda ittiham edilən xarici ölkə vətəndaşı Əsgər Cəfərzadənin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış (DTX) cinayət işi üzrə o, 3 il müddətə azadlıqdan məhrum edilib.

Globalinfo.az bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Nizami Rayon Məhkəməsində elan olunub.

Hökmə əsasən, həmçinin o, 2 il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan da məhrum edilib.

Qeyd edək ki, Əsgər Cəfərzadə DTX tərəfindən saxlanılıb. O, AR Cinayət Məcəlləsinin 284.1-ci (dövlət sirrini yayma) maddəsi ilə ittiham olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
76
11
globalinfo.az

10Sources