Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
18 mart 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə “Roblox” qlobal platforması arasında onlayn görüş keçirilib.
Modern.az-a bu barədə AQUPDK-dan məlumat verilib.
Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, uşaqların təhlükəsiz mühitdə inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir və rəqəmsal platformalarda artan risklər bu sahədə əlavə tədbirləri zəruri edir. O, xüsusilə azyaşlıların naməlum şəxslərlə ünsiyyəti, kiberbullinq və manipulyasiya hallarını əsas təhlükələr kimi qeyd edib.
Komitə “Roblox” platformasında bəzi risklərin mövcudluğundan narahatlığını ifadə edərək, bu problemlər aradan qaldırılmasa, platformanın Azərbaycanda məhdudlaşdırıla biləcəyini açıqlayıb.
“Roblox” nümayəndələri isə iradları qəbul etdiklərini, təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini və ilkin nəticələrin aprel ayından görünəcəyini bildiriblər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.