EN

Süd vəzi xərçəngini dəqiq göstərən müayinə



ABŞ alimlərinin fikrincə, 40 yaşdan kiçik qadınlarda bədxassəli döş lezyonlarının 100%-niyalnız USM müayinə aşkar edir.

Medicina.az xəbər verir ki,Vaşinqton Universitetinin tədqiqatçılarının fikrincə, ultrasəs 40 yaşdan kiçik qadınlar üçün standart prosedura çevrilməlidir.

Mütəxəssislər hesab edirlər ki, qadınlara bədənlərindəki şübhəli şişləri və kütlələri müstəqil şəkildə axtarmaq öyrədilməməlidir, çünki onlar tez-tez yalançı həyəcan siqnalları verir. Bu, biopsiya və cərrahiyyə kimi bahalı və tamamilə lazımsız prosedurlara gətirib çıxarır. Müayinələr yalnız həkim tərəfindən aparılmalıdır.

Vaşinqton Universitetindən Dr. Konstans Leman deyir:

"Biz bu tövsiyələrdən məmnun deyilik. Bəli, gənc qadınlarda döş xərçəngi nadir hallarda olur, amma bu baş verir! Və çox vaxt qadınların özləri şişlər tapıb sonra həkimə tələsdikləri üçün erkən aşkar edilir. Mən biopsiya və ya əməliyyatın zərərli, faydalı olmadığını iddia etmirəm. Lakin ultrasəs müayinəsi ilə bütün şübhələr tamamilə aradan qaldırıla bilər. Və bu prosedur düzgün aparılarsa, sağlamlığa heç bir zərər verməyəcək"

İki tədqiqatda ultrasəs müayinəsi 30 yaşdan kiçik 1100 qadında və 30 ilə 39 yaş arasında olan daha 1500 qadında istifadə edilmişdir. Hər iki halda da ultrasəs müayinəsi həm bədxassəli, həm də xoşxassəli şişləri düzgün müəyyən etmişdir.

Aygün Musayeva


Chosen
32
1
medicina.az

2Sources