EN

Almaniya MEKO A-200 freqatları alacaq

Almaniya Müdafiə Nazirliyi tikintisi qrafikdən xeyli geridə qalan F126 sinifli sualtı əleyhinə freqatların təhvil verilməsinə qədər müvəqqəti olaraq dörd MEKO A-200 sinifli freqat almaq niyyətindədir.

Herbiand.az bildirir ki, aparıcı F126 sinifli freqatın 2028-ci ildə istismara verilməsi gözlənilirdi. Lakin onun 2031-ci ilə qədər Almaniya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməyəcəyi proqnozlaşdırılır.

Ona görə, Almaniya Müdafiə Nazirliyi Thyssenkrupp Marine Systems ilə dörd MEKO A-200 çoxməqsədli freqatın mümkün alınması ilə bağlı danışıqlara başlayıb. Əgər razılaşma əldə olunarsa, ilk gəmi 2029-cu ilin dekabr ayına qədər inşa ediləcək.

MEKO A-200 freqatları F126 freqatlarından xeyli kiçikdir. Gəmilərin uzunluğu müvafiq olaraq 121 və 166 metrdir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
62
herbiand.az

1Sources