EN

BƏƏ bu gün İranın 7 ballistik raketini və 15 dronunu vurub

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hava Hücumundan Müdafiə sistemləri İranın 7 ballistik raket və 15 dronunu vurub.

Xezerxeber.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 28-dən, yəni müharibə başlayandan BƏƏ 334 ballistik raket, 15 qanadlı raket və 1714 dron hücumuna məruz qalıb.

Məlumatda qeyd olunur ki, gündəlik hücumların sayı tədricən azalmaqdadır.

Chosen
87
8
xezerxeber.az

9Sources