EN

Qazla bağlı müayinə və texniki xidmət üzrə reyestrin aparılması Qaydası müəyyənləşib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qaydası müəyyənləşib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Reyestr müayinə və texniki xidmət üzrə məlumatlar toplusundan ibarət dövlət informasiya ehtiyatıdır. Reyestrin məqsədi müayinə və texniki xidmət üzrə məlumatların toplanılması, işlənilməsi, mühafizəsi və saxlanılması, istifadəsi, məlumatlar üzrə təhlillərin aparılması, proqnoz və hesabatların hazırlanması, habelə Reyestrə daxil edilmiş məlumatlar əsasında qanunun tələblərinə riayət olunması üzrə monitorinq keçirilməsi yolu ilə nəzarətin həyata keçirilməsidir. Reyestrdə yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

Reyestrin yaradılması, fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər qazpaylayıcı sistem operatorunun vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Reyestrin sahibi və operatoru qazpaylayıcı sistem operatorudur.

Reyestrin texniki-texnoloji infrastrukturunun əsas komponentləri, həmçinin sahibinin, operatorunun və iştirakçıların vəzifələri və hüquqları, habelə istifadəçilərin hüquqları Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” ilə müəyyən edilir.

Reyestrin iştirakçıları bu Qaydanın məqsədləri üçün informasiya proseslərində iştirak edən qazpaylayıcı sistem operatoru və tənzimləyicidir.

Reyestrin istifadəçiləri Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanları (qurumları), qanunda nəzərdə tutulan subyektlər, habelə tənzimləyici və istehlakçılardır.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Reyestrə daxil edilmiş texniki xidmət aktlarının təhlili əsasında görülmüş işlərin dəyərinin “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əsasən müəyyən edilmiş bazar qiymətinə uyğunluğuna mütəmadi nəzarət edir, habelə əvvəlki ildə tərtib edilmiş texniki xidmət aktlarına əsasən onların orta qiymətini müəyyən edir və rəsmi internet saytında yerləşdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
3
apa.az

4Sources