EN

Azərbaycan Gürcüstandan avtomobil idxalını 53 % azaldıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycana 21,72 milyon ABŞ dolları dəyərində 597 ədəd avtomobil ixrac edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 53 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Bu ilin ilk 2 ayı ərzində Gürcüstan xarici ölkələrə 216,3 milyon ABŞ dolları dəyərində 8 min 442 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 24 % və 31 % azdır.

Hesabat dövründə Gürcüstandan Qırğızıstana 102 milyon ABŞ dolları dəyərində 2 min 493 ədəd, Qazaxıstana 50,32 milyon ABŞ dolları dəyərində 3 min 217 ədəd, Tacikistana 12,61 milyon ABŞ dolları dəyərində 787 ədəd, Ermənistana 8,7 milyon ABŞ dolları dəyərində 385 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,81 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb.

Chosen
1
1
far.az

2Sources