EN

113 nömrəli marşrutda problemlər: sərnişinlər narazıdır

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

113 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı sərnişinlər narazıdır.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, Qara Qarayev metrosu ilə Əmircan qəsəbəsi istiqamətində işləyən marşrutda bir sıra problemlər var.

Sərnişinlərin sözlərinə görə, avtobuslarda oturacaqların bir hissəsi sınıqdır, salon isə antisanitar vəziyyətdədir. Eyni zamanda, interval vaxtlarının 15–20 dəqiqə olması və gün ərzində bir neçə avtobusun yolda xarab qalması əlavə çətinlik yaradır.

Sərnişinlər problemin aradan qaldırılması üçün aidiyyəti qurumların tədbir görməsini istəyirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
67
baku.ws

1Sources