EN

Ədliyyə naziri Xaçmazda vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 19 mart, AZƏRTAC

Ədliyyə naziri Fərid Əhmədov aprelin 3-də Xaçmaz şəhərində Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayon sakinlərinin müraciətlərini dinləyəcək.

Bu barədə AZƏRTAC-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı aprelin 2-dək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin (+994 12) 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Xaçmaz regional ədliyyə idarəsinə (ünvan: Xaçmaz şəhəri, H.Əliyev pr. 17, əlaqə telefonu: (+994 23) 325 18 88, (+994 23) 325 14 59) müraciət edərək qəbula yazıla bilərlər.

Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də nazirlə görüşə yazılmaq mümkündür.

Vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmək və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmək xahiş olunur.

Görüş üçün yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

Cəmiyyət və humanitar xəbərlər redaksiyası

Chosen
26
7
azertag.az

10Sources