ain.az bildirir, Olke.az saytına əsaslanaraq.
Yaddaşın gənc yaşda pisləşməsi adətən sağlamlıq problemləri ilə deyil, həyat tərzi ilə bağlıdır.
Ölkə.az xəbər verir ki, bunu nevroloq Anjani Kumar Şarma "The Times of India” nəşrinə verdiyi müsahibədə bildirib.
Həkimin sözlərinə görə, gənclərdə yaddaşın pisləşməsinin əsas səbəbləri bunlardır: xroniki stress, yuxusuzluq, təşviş, depressiya, B12 vitamini çatışmazlığı və qalxanvari vəzin işləməməsi. Həmçinin beyin fəaliyyətinə mənfi təsir edən amillər arasında cihazlardan davamlı istifadə və çoxsaylı işlərin eyni zamanda görülməsi də var.
O, bunu belə izah edib: “Çox vaxt söhbət həqiqi yaddaş itkisindən yox, diqqətin azalmasından gedir.”
Nevroloq vurğulayıb ki, uzunmüddətli stress kortizol hormonunun səviyyəsini yüksəldir və bu hormon yaddaşın formalaşmasında rol oynayan hipokampus bölgəsinə təsir edir. Yuxusuzluq da beynin məlumatı işləməsinə və yadda saxlmasına mane olur, nəticədə insan son hadisələri xatırlamaq və gündəlik vəzifələri yerinə yetirməkdə çətinlik çəkir.
Həkim əlavə edib ki, bu məsələdə psixoloji vəziyyət və xroniki xəstəliklər, məsələn, hipertoniya və diabet də mühüm rol oynayır. O hesab edir ki, əksər hallarda bu problemləri kifayət qədər yuxu, stresin azaldılması, fiziki aktivlik və balanslı qidalanma ilə düzəltmək mümkündür.
Həmidə İbrahimova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.