EN

Rafinya Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

ain.az, Moderator.az saytına istinadən bildirir.

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

Moderator.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu 1/8 final mərhələsinin cavab oyununda "Nyukasl" (İngiltərə) ilə keçirilən görüşdə (7:2) iki qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, braziliyalı futbolçu səsvermədə Fransisko Trinkao ("Sportinq"), Vinisius Junior ("Real") və Dominik Şoboslaini ("Liverpul") qabaqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
78
8
moderator.az

9Sources