EN

İran Hayfadakı neft emalı zavoduna zərbələr endirdi Yenilənib

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran silahlı qüvvələri İsrailin strateji əhəmiyyətli Hayfa şəhərinə raket zərbələri endirib.

“Qafqazinfo” İranın “Tasnim” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı əsas hədəf şəhərdə yerləşən neft emalı zavodu və elektrik yarımstansiyası olub.

Məlumata görə, zərbələr nəticəsində Hayfanın müxtəlif rayonlarında elektrik enerjisinin verilişində ciddi fasilələr yaranıb. Hazırda şəhərin bir hissəsinin qaranlığa qərq olduğu bildirilir.

Hadisə yerinə xilasetmə və yanğınsöndürmə briqadaları cəlb olunub. Dağıntıların miqyası və tələfat barədə hələlik rəsmi məlumat açıqlanmasa da, bu hücum martın 18-də İranın “Cənub Pars” yatağına endirilən zərbələrə cavab kimi qiymətləndirilir.

Xatırladaq ki, bundan öncə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi infrastruktur obyektlərinin hədəf alınacağı təqdirdə daha sərt reaksiya veriləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

***

İsrail neft emalı zavodlarına hücumunu təsdiqləyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
102
qafqazinfo.az

1Sources