EN

Komor adaları yaxınlığında miqrantları daşıyan gəmi batıb, təxminən 20 nəfər ölüb » AzadMedia.az


Komor adaları yaxınlığında gəmi qəzası baş verib, nəticədə 17 nəfər ölüb.

AzadMedia.az "Habariza Comores"ə istinadən xəbər verir.

İlkin məlumatlara görə, göyərtəsində 51 miqrant olan gəmi gecə saatlarında Nqazica (Qrand-Komor) adasındakı Mitsamiuli yaşayış məntəqəsi yaxınlığında qəzaya uğrayıb.

Qeyd edilib ki, 30 nəfəri xilas etmək mümkün olub, bir neçə nəfər itkin düşmüş hesab olunur.
Chosen
76
2
azadmedia.az

3Sources