
ABŞ Dövlət Katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqsetin yaşadığı Vaşinqtondakı hərbi bazanın üzərində naməlum dronlar müşahidə edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.
Bildirilib ki, son 10 gündə bir gecə ərzində Fort MakNeyr hərbi baza üzərində bir neçə dron müşahidə edilib. ABŞ hakimiyyəti onların mənşəyini müəyyən etməyib. Nəşr qeyd edir ki, Vaşinqton administrasiyası İranın ABŞ ərazisindəki rəsmilərə qarşı cavab zərbələrindən qorxur.