EN

Laricaninin qızı ABŞ-dən İrana qayıtdı – VİDEO

İranın Milli Təhlükəsizlik Ali Şurasının bu yaxınlarda öldürülmüş katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir-Laricani ABŞ-dan İrana qayıdıb. İran mənbələrinin verdiyi məlumata görə, o, artıq ölkədədir.

NOCOMMENT.az xəbər verir ki, Fatimə Laricani bundan əvvəl ABŞ-nin Corciya ştatındakı Atlanta şəhərində yerləşən Emori Universitetində (Emory University) professor assistenti vəzifəsində çalışıb. Lakin atasınm fəaliyyəti və ona qarşı tətbiq edilən sanksiyalar fonunda baş qaldıran etirazlar səbəbindən o, 2026-cı ilin yanvar ayında işindən azad edilib.

Xatırladaq ki, Əli Laricaninin öldürülməsindən sonra ailə üzvlərinin təhlükəsizliyi və gələcək fəaliyyəti region mediasının diqqət mərkəzindədir.

Sara,
NOCOMMENT.az

Chosen
57
nocomment.az

1Sources