EN

Avroliqa: “Roma” və “Olimpik”i 1/4 finala buraxmadılar – ARENA.AZ

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 7 qarşılaşma baş tutub.

Almaniyada “Frayburq” Belçikanın “Genk” komandasını, Fransada Lion “Olimpik”i İspaniyanın “Selta” kollektivini, Danimarkada isə “Midtyulland” İngiltərə təmsilçisi “Nottingem Forest”i qəbul edib. “Frayburq” evdə, “Selta” və “Nottingem Forest” səfərdə sevinən tərəf olub.

İtaliyada “Roma” və “Bolonya” komandaları üz-üzə gəliblər. Bol qollu matç əlavə vaxta qədər davam edib. Yekunda “Bolonya” 1/4 finala yüksəlib.

Digər matçlarda isə “Betis”, “Portu” və “Aston Villa” növbəti mərhələyə vəsiqə qazanıblar.

Xatırladaq ki, Avroliqanın ilk 1/4 finalçısı ötən gecə müəyyənləşmişdi. Portuqaliya təmsilçisi “Braqa” doğma meydanda Macarıstanın “Ferentsvaroş” kollektivini darmadağınla yenərək növbəti mərhələyə yüksəlmişdi.

Avropa Liqası
1/8 finalın cavab oyunları
18 mart

Braqa (Portuqaliya) – Ferentsvaroş (Macarıstan) 4:0
Qollar: Horta, 11; 53. Qrilliç, 15. Martines, 34.
İlk oyun – 0:2.

19 mart

Frayburq (Almaniya) – Genk (Belçika) 5:1
Qollar: Ginter, 19. Matanoviç, 25. Qrifo, 53. Suzuki, 56. Eggeştayn, 79 – Smets, 39.
İlk oyun – 0:1.

Olimpik (Lion, Fransa) – Selta (İspaniya) 0:2
Qollar: Rueda, 61. Yutqla, 90+2.
İlk oyun – 1:1.

Midtyulland (Danimarka) – Nottingem Forest (İngiltərə) 1:2 (penaltilər 0:3)
Qollar: Erlik, 69 – N.Dominqes, 40. Yates, 52.
İlk oyun – 1:0.

Roma (İtaliya) – Bolonya (İtaliya) 3:4
Qollar: Ndika, 32. Malen, 69-pen. Pelleqrini, 80 – Roue, 22. Bernardeski, 45+2. S.Kastro, 58. Kambyaqi, 111.
İlk oyun – 1:1.

Aston Villa (İngiltərə) – Lill (Fransa) 2:0
Qollar: Makqin, 54. Beyli, 85.
İlk oyun – 1:0.

Betis (İspaniya) – Panatinaikos (Yunanıstan) 4:0
Qollar: Ruibal, 8. Amrabat, 45+1. K.Hernandes, 53. Antoni, 66.
İlk oyun – 0:1.

Portu (Portuqaliya) – Ştutqart (Almaniya) 2:0
Qollar: U.Qomes, 21. Frohold, 72.
İlk oyun – 2:1.

Beləliklə, Avroliqanın 1/4 finalında aşağıdakı cütlüklər üz-üzə gələcəklər:

Braqa – Betis
Portu – Nottingem Forest
Frayburq – Selta
Bolonya – Aston Villa

İlk oyunlar aprelin 9-da, cavab görüşləri ayın 16-da keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
36
3
arena.az

10Sources