EN

BƏƏ "Hizbullah" və İranla əlaqəli qruplaşma üzvlərinin həbs olunduğunu açıqlayıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti Livanın "Hizbullah" hərəkatı və İranla əlaqəli qruplaşmanın zərərsizləşdirildiyini açıqlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə WAM agentliyi BƏƏ-nin Dövlət Təhlükəsizliyi Aparatına istinadən məlumat yayıb.

Məlumata görə, qruplaşma üzvləri əməliyyat zamanı saxlanılıb.

"Dövlət Təhlükəsizliyi Aparatı "Hizbullah" və İranla əlaqəli qrupu zərərsizləşdirib və üzvlərini həbs edib", - bəyanatda deyilir.

Agentliyin yaydığı materiallara görə, saxlanılanlar çirkli pulların yuyulmasında, iqtisadiyyatı sarsıtmaqda və milli təhlükəsizliyə təhdid etməkdə ittiham olunurlar.

Chosen
71
far.az

1Sources