EN

Pensiyalarla bağlı yayılan məlumat müzakirə yaratdı Gerçəklər...

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycanda orta pensiya 542 manata yüksəlib. Lakin bu rəqəmin reallığı tam əks etdirmədiyi ilə bağlı müzakirələr artır.

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, orta pensiya anlayışı ümumi göstərici kimi qəbul edilsə də, real vəziyyəti tam əks etdirmir:

“Dünya təcrübəsində real qiymətləndirmə üçün median göstəricilərdən istifadə olunur. Orta pensiya bütün pensiyaların cəmini təqaüd alanların sayına bölməklə müəyyən edilir. Median pensiya isə o ədəddir ki, pensiya alanların 50 faizi ondan çox, 50 faizi isə ondan az pensiya alır. Pensiyanın paylanması əyrisi də qiymətləndirmədə vacibdir. Xüsusilə minimum pensiya önəmlidir, çünki ən həssas qruplar əsasən minimum pensiya alanlardır. Onların vəziyyətini dəyərləndirmək üçün minimum pensiyanın yaşayış minimumu ilə müqayisəsi aparılmalıdır”.

Elçin Rəşidov

İqtisadçı bildirib ki, ən əhəmiyyətli göstəricilər median pensiya, minimum pensiya və onun yaşayış minimumu ilə müqayisəsidir:

“Orta pensiya göstəricisi isə məhdud informativliyə malikdir və təhrif olunmuş nəticələr verə bilər. Əlavə olaraq, qiymətləndirmədə regional, eləcə də sosial fərqlər, yaş qrupları, ixtisaslar, gender, şəhər və kənd təsərrüfatı bölgələri, peşə qrupları, əmək stajı, alıcılıq qabiliyyəti və yaşayış xərcləri nəzərə alınmalıdır. Bu amillər dəyərləndirilərkən hətta ölkələr arasında müqayisələr aparmaq mümkündür”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
70
globalinfo.az

1Sources