EN

Trampdan Netanyahuya sərt xəbərdarlıq: Bir də bu addımı atma

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə bağlı diqqətçəkən açıqlama verib.

Globalinfo.az-ın xəbərinə görə, o, Ağ Evdə Yaponiyanın baş naziri Sanae Takaiçi ilə görüşü zamanı bildirib ki, Netanyahuya İranda neft-qaz obyektlərinə zərbə endirməmək barədə xəbərdarlıq mesajı göndərib.

“Dedim ki, bunu bir daha təkrar etməsin. Netanyahu daha bu addımı atmayacaq”, – Tramp vurğulayıb.

ABŞ liderinin sözlərinə görə, Vaşinqton və Təl-Əviv müstəqil addım atsalar da, fəaliyyətlərini müəyyən dərəcədə koordinasiya edirlər.

“Bəzən Netanyahu hansısa addım atır və əgər bu mənim xoşuma gəlmirsə, ona bildirirəm”, – Tramp əlavə edib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
63
globalinfo.az

1Sources