EN

Fidandan İran və Qətərlə bağlı sərt bəyanat

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan regionda baş verən son gərginliklə bağlı sərt bəyanat verib. O, İran ətrafında yaranmış böhranın əsas səbəbi kimi İsraili göstərib.

Globalinfo.az-ın xəbərinə görə, nazir bildirib ki, İsrailin danışıqlar prosesi zamanı həyata keçirdiyi təxribat xarakterli addımlar bölgəni genişmiqyaslı münaqişə zonasına çevirib və qlobal sabitliyə ciddi zərbə vurub.

Bununla yanaşı, o, İranın cavab hücumlarını da qəbuledilməz adlandırıb:

“Bu böhran vəziyyətində İranın tarixi məsuliyyətini xatırlatmaq lazımdır. Səbəblərindən asılı olmayaraq, İranın region ölkələrinə hücumları regional sabitliyin əsaslarını sarsıdır və bu, qəbuledilməzdir. Bu nə İrana, nə də bölgəyə fayda verir. Eyni zamanda, İrana qarşı həyata keçirilən hücumlar da tamamilə yanlışdır”.

Hakan Fidan qeyd edib ki, Qətər uzun müddətdir İran məsələsində vasitəçi rolunu oynayıb və həm region, həm də dünya üçün mühüm səylər göstərib. Buna baxmayaraq, Qətərin hücuma məruz qalması Türkiyə tərəfindən qəti şəkildə pislənib.

Nazir vurğulayıb ki, mülki əhalini və infrastruktur obyektlərini hədəf alan hücumlar heç bir halda əsaslandırıla bilməz:

“Bu cür hücumlar qəbuledilməzdir. Türkiyə hər zaman qardaş Qətərin yanındadır və onu dəstəkləməyə davam edəcək”.

Bəyanat Doha şəhərində Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani ilə keçirilən birgə mətbuat konfransında səsləndirilib.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
52
globalinfo.az

1Sources