EN

ABŞ və Yaponiya enerji layihələrinə 73 milyard dollarlıq sərmayə barədə razılaşıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vaşinqton və Tokio ABŞ-da enerji sahəsində həyata keçiriləcək layihələrə təxminən 73 milyard dollar həcmində sərmayə qoyuluşu barədə razılığa gəliblər.

Bizimyol.info xəbər verir ki, bu barədə iki ölkənin birgə bəyanatında bildirilir. Sənəd ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəliyi tərəfindən yayılıb.

Bəyanatda qeyd olunur ki, tərəflər “layihələrin ikinci paketini” elan etməkdən məmnundurlar. Razılaşmaya əsasən, "GE Vernova Hitachi" şirkəti tərəfindən Tennessi və Alabama ştatlarında kiçik modul reaktorların tikintisinə sərmayə yatırılacaq. Bu layihənin dəyəri 40 milyard dollar qiymətləndirilir.

Bundan əlavə, tərəflər Pensilvaniya və Texas ştatlarında təbii qaz əsasında elektrik enerjisi istehsalı infrastrukturlarının qurulmasını planlaşdırır. Bu layihələrin dəyəri müvafiq olaraq 17 milyard və 16 milyard dollar təşkil edir.

Bəyanatda həmçinin vurğulanır ki, tərəflər daha əvvəl razılaşdırılmış layihələrin icrasında “sabit irəliləyiş” müşahidə edildiyini qeyd edirlər. Bu layihələrə 33,3 milyard dollarlıq elektrik enerjisi istehsalı infrastrukturu və 2,1 milyard dollarlıq neft ixracı təşəbbüsləri daxildir.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Trump Ağ evdə Yaponiyanın baş naziri Sanae Takaichi ilə görüş keçirmişdi.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
80
icma.az

1Sources