EN

Samuxlular bayram tonqalının başına toplaşdılar

Samuxun Heydər Əliyev parkında keçirilən Novruz şənliyinə yüzlərlə insan toplaşmışdı. Rayon sakinləri xalqımızın milli adət-ənənəsini özündə yaşadan Novruzu böyük coşqu ilə keçirmək üçün bir yerə toplaşmışdılar. 

Bayram şənliyini giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev açaraq sakinləri Novruz və Ramazan bayramları münasibətilə təbrik etmiş, bu bayramların xalqımızın milli-mənəvi dəyərlərini yaşatmaqda xüsusi rol oynadığını vurğulamışdır. Qeyd etmişdir ki, belə tədbirlər rayon ictimaiyyətinin birliyini gücləndirir, mədəniyyətimizi və adət-ənənələrimizi gələcək nəsillərə ötürməkdə böyük əhəmiyyət daşıyır. Novruz bayramı xalqımızın xoşbəxtlik, sülh və birlik rəmzidir. Biz birlikdə bu bayramın ənənələrini yaşadır, hər bir sakinimizin sevincini paylaşırıq.

Sonra şənlik iştirakçıları rayon sakinlərinin  əl işlərindən və yerli məhsullardan ibarət sərgiyə baxmışlar. Rayonun incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edən tədbirin sonunda bayram tonqalı yandırılmışdır.

S.ƏLİYEV,

"Azərbaycan"

1Sources