Cənubi Şetland adaları sahillərində 6.6 bal gücündə zəlzələ qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzdən verilən xəbərə görə, zəlzələnin episentri Çilinin Punta Arenas şəhərindən 1 248 km cənub-şərqdə, ocağı isə 5 km dərinlikdə yerləşib.
Heç bir itki və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.