EN

“Raketləri yerə qoyub, qələmlərlə, diplomat dili ilə danışılsın”

Regiondakı məsələlərlə bağlı çağırış edirəm ki, raketləri yerə qoyub, qələmlərlə, diplomat dili ilə danışılsın.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bu gün Təzəpir məscidində Ramazan bayramının başa çatması ilə əlaqədar qılınan bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, tərəflər bir-birləri ilə danışıb razılaşsınlar.

"Bu prosesdə xalq əziyyət çəkir. Gec-tez razılığa gələcəklər. Amma o arada çox insanın qanı töküləcək. Nə qədər tez danışığa gəlsələr, o qədər yaxşı olar. Ona görə, çağırışım odur ki, tezliklə razılığa gəlsinlər".

Chosen
82
2
publika.az

10Sources