EN

Azərbaycan nefti daha da BAHALAŞDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,91 ABŞ dolları və ya 4,17 % artaraq 122,7 ABŞ dolları təşkil edib.

Bizim.Media xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 117,44 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,83 ABŞ dolları və ya 5,55 % artaraq 118,78 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Bizim.Media

Chosen
47
32
bizim.media

10Sources