EN

Rəşad Sadıqov AFFA ya söz atdı Video

ain.az, Qol.az saytına istinadən bildirir.

Rəşad Sadıqov AFFA-ya söz atdı - Video

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov son illər Azərbaycana gətirilən legionerlərdən, o cümlədən əcnəbi məşqçilərin səviyyəsindən narazılıq edib.

QOL.az xəbər verir ki, bu zaman o, ad çəkməsə də, AFFA-nı qınayıb.

“Bu, bugünün söhbəti deyil. Uzun illər boyu legioner hakim gətirildi, milliyə legioner baş məşqçi gətirildi, legioner futbolçu gətirildi, amma bir dəfə də olsun, milli komandanı idarə etməyə rəhbər olaraq əcnəbi gətirilmədi. Bütün mövqelərə əcnəbi təyin edildi, əsas idarə edəcək adam isə heç vaxt əcnəbi olmadı. 20 il bu tendensiya davam etdi” - deyə Sadıqov bildirib.

O, həmçinin indi Azərbaycanda çalışan legioner məşqçilər Valdas Dambrauskas, Yuri Vernidub, Kurban Berdıyev, Kaxaber Sxadadzenin işindən razılıq edib. 

“Onlar elə məşqçilərdir ki, bu mütəxəssislərdən öyrənəcəyik. Azərbaycan futboluna faydaları olacaq. Amma bu illər boyu futbolumuza o qədər lazımsız, faydasız əcnəbi mütəxəssis gəlib ki…”

Посмотреть эту публикацию в Instagram

Публикация от Qol.az (@qolaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
124
1
qol.az

2Sources