EN

Avropa Liqasında 1/4 finala yüksələn KOMANDALAR

UEFA Avropa Liqasında bu gün 1/4 finala yüksələn bütün komandalar müəyyənləşib.

Ölkə.az xəbər verir ki, 1/8 final mərhələsində 7 qarşılaşma baş tutub.

Almaniyada “Frayburq” Belçikanın “Genk” klubunu, Fransada “Lion” İspaniyanın “Selta” komandasını, Danimarkada isə “Midtyullann” İngiltərə təmsilçisi “Nottinqem Forest”i qəbul edib.

İtaliyada “Roma” və “Bolonya” komandaları üz-üzə gəlib. Digər matçlarda isə “Betis” “Panatinaikos”la, “Portu” “Ştutqart”la, “Aston Villa” isə “Lill”lə qarşılaşıb.

UEFA Avropa Liqası

1/8 final, cavab görüşləri

21:45. “Frayburq” (Almaniya) – “Genk” (Belçika) – 5:1

İlk oyun – 0:1

21:45. “Lion” (Fransa) – “Selta” (İspaniya)

İlk oyun – 1:1

21:45. “Midtyullann” (Danimarka) – “Nottinqem Forest” (İngiltərə) – 1:2

İlk oyun – 1:0

00:00. “Betis” (İspaniya) – “Panatinaikos” (Yunanıstan) – 4:0

İlk oyun – 0:1

00:00. “Portu” (Portuqaliya) – “Ştutqart” (Almaniya) - 2:0

İlk oyun – 2:1

00:00. “Roma” (İtaliya) – “Bolonya” (İtaliya) – 4:3

İlk oyun – 1:1

00:00. “Aston Villa” (İngiltərə) – “Lill” (Fransa) – 2:0

İlk oyun – 1:0

Xatırladaq ki, martın 18-də gün baş tutan matçda Portuqaliyanın “Braqa” klubu Macarıstan təmsilçisi “Ferentsvaroş”u iki oyunun nəticəsinə (0:2, 4:0) üstələyərək 1/4 finala yüksəlib.

Chosen
61
17
olke.az

10Sources