EN

İrandan Azərbaycana ümumilikdə 2853 nəfər təxliyə edilib (FOTO)

Bakı. Trend:

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarınıntəxliyəsi davam edir.

Trend xəbər verir ki, 28 fevral 8.00-dan – 20 mart saat10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqlaümumilikdə 2853 nəfər təxliyə olunub.

Belə ki, 720 Çin, 470 Azərbaycan, 323 Rusiya, 195 Banqladeş, 184Tacikistan, 148 Pakistan, 122 Hindistan, 72 Oman, 68 İndoneziya, 49İran, 44 İtaliya, 28 Əlcəzair, 26 İspaniya, 23 Almaniya, 20 Kanada,19 Fransa, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Gürcüstan, 14Özbəkistan, 13 Polşa, 13 İsveçrə, 13 Nigeriya, 12 Macarıstan, 12Bəhreyn, 11 Qazaxıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Belaus,10 Bolqarıstan, 10 Konqo, 9 ABŞ, 8 Braziliya, 8 Sudan vətəndaşıtəxliyə olunub.

Siyahıda həmçinin Slovakiya, Belçika, Rumıniya, BƏƏ-nin hər biriüzrə 6 vətəndaş, Serbiya, Çexiya, İsveç, Əfqanistan, Avstraliya,Avstriya, Yunanistanın hər biri üzrə isə 5 vətəndaş, İordaniya,Filippin, Turkiyə, Ukrayna, Şri-Lanka, Küveyt, Finlandiya,Niderlandın hər biri üzrə 4, Qətər, Xorvatiya, Danimarka vəNorveçin hər biri üzrə 3 vətəndaş, Nepal, Livan, Yəmən,Qırğızıstan, Kipr, Sloveniyanın hər biri üzrə 2 vətəndaş yeralıb.

Eyni zamanda Tunis, Cənubi Afrika, Maldiv adaları, Myanma, Kuba,Vatikan, Argentina, Bosniya və Hersoqovina, Latviya, Misir, Belizvə Dominikanın hər biri üzrə isə 1 nəfər təxliyə edilib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

İrandan
İrandan
İrandan
İrandan
İrandan
İrandan
İrandan
İrandan
İrandan
Məqalədə:
Chosen
38
11
az.trend.az

10Sources